Pleyeri seçin:

Trampın planları ifşa edildi? - ABŞ burada hərbi əməliyyata başlayır, yoxsa...? - Baku TV

07 yanvar 2026 347 baxış

ABŞ Prezidenti Donald Trampın administrasiyası Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinə dörd fərqli ssenari ilə nail olmağa çalışa bilər.

Bunu Böyük Britaniyanın "The Times" qəzeti yazır.

Nəşrin məlumatına görə, birinci variant adaya hərbi müdaxilə və onun işğalını nəzərdə tutur. İkinci ssenari isə məcburetmə yolu ilə bağlıdır, Tramp Danimarkaya Qrenlandiyanı satmağı təklif edə, adanın əhalisinə isə iri iqtisadi investisiyalar vəd edə bilər.

Üçüncü variant azad assosiasiya haqqında sazişin bağlanmasıdır. Hazırda ABŞ-nin Mikroneziya, Marşall adaları və Palau ilə bu tip razılaşmaları var. Bu sazişlərə əsasən, Vaşinqton maliyyə dəstəyi göstərir, əvəzində isə müdafiə məsələlərinə nəzarəti öz üzərinə götürür, daxili özünüidarə isə qorunur.

Dördüncü ssenariyə görə, Qrenlandiya Danimarkanın tərkibində qalır, lakin adada ABŞ-nin hərbi mövcudluğu artırılır, faydalı qazıntıların kəşfiyyatı üçün Amerika şirkətləri ilə kommersiya müqavilələri bağlanır və ABŞ-dən olan məmurlar yerli hökumət üzvlərinə müşavir təyin olunur.

Qeyd olunur ki, Donald Tramp Qrenlandiyanın ABŞ-yə birləşdirilməsinin zəruriliyini dəfələrlə bəyan edib. O, ilk prezidentlik dövründə adanı satın almağı təklif etmiş, 2025-ci ilin martında isə Danimarka imtina edərsə, ticarət rüsumları tətbiq edəcəyi ilə hədələyərək Qrenlandiyanın anneksiyasına əminliyini ifadə etmişdi.

Danimarkanın Baş naziri Mette Frederiksen isə bu iddiaları rədd edərək Qrenlandiyanın krallığın bir hissəsi olduğunu vurğulayır.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 347 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 347 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 347 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 347 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 347 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 347 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 347 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 347 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 347 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 347 baxış
Seçilmişlər
icon