Trampın səyləri nəticə verəcək? | Polşa Baş nazirinin müavinindən sensasiya
Dünya Ukraynada atəşkəsin əldə olunmasına heç vaxt olmadığı qədər yaxındır. Ukrayna Prezidenti Volodimir Zelenskinin Alyaskada ABŞ lideri Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında keçiriləcək danışıqlarda iştirakı ən yaxşı həll yolu olacaq.
Bu barədə Polşanın Baş nazirinin müavini Vladislav Kosinyak-Kamış bildirib.
Onun sözlərinə görə, Qərb dünyasının məqsədi Ukraynada ədalətli və dayanıqlı sülhə nail olmaqdır. Kosinyak-Kamışın fikrincə, ABŞ Prezidenti Donald Trampın ən yaxın məsləhətçiləri onun buna nail olmaq əzmində olduğuna əmin ediblər:
"İnanıram ki, Prezident Zelenski dəvət olunacaq. Bu gün məlumat gəlir ki, Trampın Putinlə görüşündə Zelenskinin iştirak etmək imkanı var. Bu ən yaxşı həll olardı və inanıram ki, belə də olacaq".
Kosinyak-Kamış yaxın günlər atəşkəs əldə olunacağına ümid etdiyini bildirib. Onun sözlərinə görə, Polşa Ukraynada mümkün missiya zamanı müttəfiqlərə logistika və infrastruktur dəstəyi göstərməyə hazırdır.
"Biz Polşa ərazisində fəaliyyət göstəririk, bu dəyişməyəcək və bu baxımdan bizim fəaliyyətimiz dəyişməz olaraq qalır", – Baş nazirin müavini əlavə edib.
#Vladimir Putin teqi istifadə olunub
- Tramp Putinlə Stiv Uitkoffun görüşünə münasibət bildirib
- Sankt-Peterburqda Stiv Uitkoff və Putin arasında nələr müzakirə olundu? - Baku TV CANLI
- "Danışıqlar aparmaq güzəşt demək deyil" | Masa arxasında danışıq, səhnə arxasında mübarizə - Baku TV
- Ukraynanın taleyi Sankt-Peterburqda müzakirə olunur - Baku TV
- Çində baş tutacağı gözlənilən üçtərəfli görüş müsbət nəticələnə bilərmi? - ƏSAS XƏBƏR
