Trampla Putinin birgə mətbuat konfransı başa çatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışıqlarını konstruktiv və faydalı adlandırıb.
Bunu Putin birgə mətbuat konfransında bildirib.
"Rusiya ilə ABŞ arasında münasibətlər son illərdə soyuq müharibədən bəri ən aşağı nöqtəyə düşüb. Buna baxmayaraq, mən Trampla çox yaxşı birbaşa əlaqələr qurmuşam.
Rusiya ilə ABŞ qonşu olduqları üçün sammitin Alyaskada keçirilməsini məntiqli hesab edirəm. Ona görə də Alyaskada Trampla görüşəndə onu qonşu kimi salamladım", ‒ deyə Rusiya lideri qeyd edib.
Donald Tramp isə görüşü məhsuldar adlandırıb.
"Məncə, çox məhsuldar görüşümüz oldu. Razılaşdığımız çox sayda məqamlar olsa da, bir neçə böyük məsələ var ki, hələ tam razılığa gəlməmişik, lakin müəyyən irəliləyiş əldə etmişik. Bir az sonra NATO-ya zəng edəcəyəm. Münasib hesab etdiyim müxtəlif şəxslərə və əlbəttə ki, Prezident Zelenskiyə zəng edib bugünkü görüş haqqında məlumat verəcəyəm", ‒ deyə Tramp bildirib.
Qeyd edək ki, liderlər mətbuat konfransını jurnalistlərin suallarını cavablandırmadan başa vurublar.
#Vladimir Putin teqi istifadə olunub
- Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI
- Putindən Azərbaycanla bağlı açıqlama | Xameneinin səhhəti necədir? - YENİ BİR SƏHƏR
- Putin Azərbaycan Prezidenti ilə aktiv dialoqda olduqlarını qeyd edib - Baku TV
- Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV
- Skandinaviyadan Moskvaya vacib zəng | Avropada müharibə bitir? - ƏSAS XƏBƏR
