Türkiyə bu ölkədə əməliyyata başlayacaq | Tabe olmayacağıq!
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə sərhədləri yaxınlığında antiterror əməliyyatı keçirmək üçün heç kimdən icazə istəməyəcək.
Bu barədə ölkənin milli müdafiə naziri Yaşar Gülər yerli mətbuata açıqlamasında bildirib.
“Türkiyə Silahlı Qüvvələri yayda İraqın şimalında ölkədə qadağan olunan Kürdüstan Fəhlə Partiyası, yəni PKK-ya qarşı genişmiqyaslı quru əməliyyatı keçirmək niyyətindədir. Ölkəmizin təhlükəsizliyinə gəlincə, biz heç kimdən heç nə tələb etmirik və lazım olanı edirik. Biz indiyədək heç kimin əmrinə tabe olmamışıq və olmayacağıq. Artıq Türkiyə terrorla mübarizədə yeni bir səhifə açmalıdır. Ən qısa zamanda ölkəmizi terror bəlasından xilas edəcəyik”, – Y.Gülər qeyd edib.
Xatırladaq ki, bundan öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İraqla sərhəd təhlükəsizliyi məsələsinin həll edilməsinin planlaşdırıldığını açıqlayıb. Onun sözlərinə görə, rəsmi Ankara Suriyada 30-40 kilometr dərinliyində təhlükəsizlik dəhlizi yaratmaq fikrindədir.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
