Pleyeri seçin:
Kəşfiyyat dronunun Rusiya istehsalı olduğu müəyyənləşib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin İzmit şəhərində qəzaya uğramış pilotsuz uçuş aparatı (PUA) tapılıb.
Hüquq-mühafizə orqanları tərəfindən aparılan araşdırmadan sonra PUA-nın Rusiya istehsalı kəşfiyyat aparatı olduğu müəyyənləşib.
Bu barədə Türkiyənin Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
"İlkin qiymətləndirməyə görə, tapılan uçuş aparatı kəşfiyyat əməliyyatlarında istifadə olunan Rusiya istehsalı "Orlan-10" pilotsuz aparatıdır", – deyə məlumatda qeyd olunub.
Qurumdan həmçinin vurğulanıb ki, insidentin araşdırılması davam edir.
Qeyd edək ki, yerli vətəndaşlar tərəfindən aşkar edilən PUA-nın hər iki qanadı qırılmış vəziyyətdə olub.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Prezident İlham Əliyev COP31 Liderlər Sammitində iştirak edəcək - Baku TV
- Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- “Böyük bir birlik mesajı verildi” | Cevdet Yılmaz Ərdoğanın Azərbaycana səfərini şərh etdi - Baku TV
- “O, böyük bir lider və sülh insanıdır” | Naxçıvanda Atatürkün anım günü ilə bağlı tədbir - Baku TV
