Azərbaycan COP31-də “Dialoq Dəhlizi” konsepsiyası ilə çıxış edir - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan COP31-də təkcə ölkəmizin iqlim siyasətini və ekoloji təşəbbüslərini təqdim etmir. Eyni zamanda milli dəyərlərimizi, mədəniyyətimizi və gələcəyə hesablanmış “yaşıl enerji” hədəflərimizi nümayiş etdirir.
244 kvadratmetr ərazini əhatə edən Azərbaycan pavilyonunda ziyarətçilər üçün hərtərəfli təqdimat imkanları yaradılıb. Burada 35 nəfərlik konfrans zalı, 2 görüş otağı, eləcə də qonaqların Azərbaycan çayını dadması üçün xüsusi guşə fəaliyyət göstərir.
Pavilyonun ən diqqətçəkən hissələrindən biri isə interaktiv zonadır. Burada Azərbaycanın iqlim dəyişiklikləri ilə mübarizə istiqamətində həyata keçirdiyi layihələr, Xəzər dənizinin ekoloji vəziyyəti, COP-dan əvvəl və sonra görülən işlər təqdim olunur. İnteraktiv xəritə vasitəsilə ölkəmizin “yaşıl enerji” zonaları və “yaşıl enerji” dəhlizləri haqqında da ətraflı məlumat əldə etmək mümkündür.
Pavilyonun digər maraqlı elementi isə onun maskotu – Xəzər suitisidir. Bu seçim isə təsadüfi deyil, çünki iqlim dəyişiklikləri Xəzər dənizinin ekosisteminə, xüsusilə də nəsli kəsilmək təhlükəsi ilə üzləşən Xəzər suitilərinin yaşayış mühitinə ciddi təsir göstərir. Dənizdə su səviyyəsinin azalması və şimal hissədə buz örtüyünün dəyişməsi bu canlının gələcəyi ilə bağlı narahatlıqları artırır.
Beləliklə, Azərbaycan pavilyonu yalnız ölkəmizin əldə etdiyi nailiyyətləri nümayiş etdirmir, həm də qlobal iqlim problemlərinə diqqət çəkərək daha dayanıqlı gələcək naminə beynəlxalq əməkdaşlığa çağırış edir.
#COP31 teqi istifadə olunub
- Pərviz Şahbazov üç ölkənin nümayəndələri ilə birlikdə mühüm sənədə imza atdı - Baku TV
- Yaşıl enerji dəhlizlərinin əsas mənbələrindən biri... | Pərviz Şahbazov COP31 çərçivəsində tədbirdə
- Azərbaycandan Türkiyəyə COP31-lə bağlı dəstək | "Haber Global" süjet hazırladı - Baku TV
- "Bu, bütün dünyaya örnəkdir" | "Haber Global"da WUF13 və COP31-lə bağlı xəbər - Baku TV
- "Növbəti Zirvə görüşündə sizi Ankarada qəbul etməkdən məmnun olacağam" | Ərdoğan - Baku TV
