Pleyeri seçin:

"Türkiyə hazırda İranla diplomatik danışıqlar aparır" | Ekspertdən açıqlama

15 yanvar 2026 566 baxış

İranda 28 dekabrda başlayan etirazlar sürətlə yayılmağa başladı. Rejimin sərt cavabı isə böyük qəzəbə səbəb olan vəziyyətə gətirib çıxardı. Ancaq etirazlarda təkmərkəzli liderlik yoxdur. Bu, qısa müddətdə rejimi devirməyi çətinləşdirsə də, uzunmüddətli perspektivdə rejimin legitimliyini zəiflədir.

Bu sözləri Axar.az-a açıqlamasında türkiyəli ekspert, general Yücel Karauz deyib.

Ekspert ABŞ Prezidenti Donald Trampın İrandakı etirazlara müdaxilə etmə ehtimalından da danışıb:

“Fikrimcə, Donald Trampın müdaxiləsi birbaşa olmayacaq. O, İrana qarşı daha sərt sanksiyalar tətbiq edə və ya informasiya müharibəsi başlada bilər. Həmçinin Tramp İrandakı müxalifət və diasporun gücləndirilməsinə şərait yarada bilər. Qısaca, birbaşa hərbi müdaxilə ehtimalı aşağıdır. Çünki İran bu halda müdaxiləni regional müharibəyə çevirmək riski daşıyır”.

Karauzun fikrincə, İranda rejim qısa müddətdə dağılmayacaq:

“Rejim hələ də güc strukturlarını və maddi gücü əlində saxlayır. Müxalifət isə birlikdə hərəkət etmir və güclü deyil. Ancaq rejim yumşaq güc və legitimlik itkisi yaşayır. Orta müddətdə nəzarətli islahat, elit daxili çatlar və ya mərhələli avtoritar transformasiya ssenariləri güclənir”.

General Türkiyənin İrandakı gərginliklə bağlı mövqeyi barədə də fikir bildirib:

“Türkiyə hazırda İranla diplomatik danışıqlar aparır. Hətta xarici işlər naziri Hakan Fidan iranlı həmkarı Abbas Əraqçi ilə sərhəd təhlükəsizliyi, miqrasiya dalğası riski, regional qeyri-sabitlik kimi bir neçə məsələni müzakirə edib.

Ardınca Fidanın ABŞ-nin Ankaradakı səfiri Tomas Barrakla müzakirə aparması Türkiyənin Vaşinqtonla birgə nəzarətli koordinasiya axtardığını da göstərir.

Türkiyənin bu məsələdə 3 əsas mövqeyi var: Birincisi, müdaxilə etməməkdir. Çünki İranın ərazi bütövlüyü və suverenliyi qorunmalıdır, xarici hərbi müdaxilə regionu gərginliyə sürükləyər.

İkincisi, sabitlik prioritetidir. İranda qarışıqlıq olarsa, PKK/PJAK daha fəallaşar, Türkiyəyə yeni köç dalğası ehtimalı artar, həmçinin enerji və ticarət yolları zərər görə bilər. Yəni Türkiyə üçün əsas məqsəd qarışıqlığın yayılmamasıdır.

Üçüncüsü isə tarazlıq diplomatiyasıdır. Çünki Türkiyə nə İran rejimini tam müdafiə edir, nə də onu devirmək istəyən tərəfdədir. Danışıq yolu ilə, yavaş və nəzarətli dəyişiklik olmasını istəyir.

Türkiyənin mümkün ssenarilərə necə hazırlaşdığına gəldikdə isə hazırda sərhədlərini qorumağa hazırlaşır, mümkün köçü hesablayır.

Digər tərəfdən əgər İranda vəziyyət pisləşərsə, bölgədə qarışıqlığın yayılmamasına çalışır və enerji-ticarət üçün başqa yollar axtarır”.

İttifaq ölkələrindən Belçikaya təzyiq | Fikir ayrılığına səbəb nədir? - BAKU TV CANLI

İttifaq ölkələrindən Belçikaya təzyiq | Fikir ayrılığına səbəb nədir? - BAKU TV CANLI

Dünya
11 sentyabr 2026 566 baxış
Yəməndə vəziyyət gərgin olaraq qalır | Böhran hərbi meydandan iqtisadi sferaya keçir - ANA XƏBƏR

Yəməndə vəziyyət gərgin olaraq qalır | Böhran hərbi meydandan iqtisadi sferaya keçir - ANA XƏBƏR

Dünya
11 sentyabr 2026 566 baxış
Rusiya Litvanı nüvə silahı ilə vurmağa hazırlaşır? - Baku TV CANLI

Rusiya Litvanı nüvə silahı ilə vurmağa hazırlaşır? - Baku TV CANLI

Dünya
11 sentyabr 2026 566 baxış
Fələstin, Suriya, Hörmüz: Türkiyə eyni anda üç cəbhədə oyun qurur? - AKTUAL GÜNDƏM

Fələstin, Suriya, Hörmüz: Türkiyə eyni anda üç cəbhədə oyun qurur? - AKTUAL GÜNDƏM

Dünya
11 sentyabr 2026 566 baxış
Keçmiş general Netanyahunun arvadından 843 min dollar tələb edir

Keçmiş general Netanyahunun arvadından 843 min dollar tələb edir

Dünya
11 sentyabr 2026 566 baxış
Kiyevlə Ottava 100 illik bəyannamə imzalayıb

Kiyevlə Ottava 100 illik bəyannamə imzalayıb

Dünya
11 sentyabr 2026 566 baxış
“Sənəd qanunsuz və texniki baxımdan əsassızdır” | Möhsün Rezayi

“Sənəd qanunsuz və texniki baxımdan əsassızdır” | Möhsün Rezayi

Dünya
11 sentyabr 2026 566 baxış
Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?

Qırmızı planetdəki dayaz və kiçik dəliklər nədən xəbər verir?

Dünya
11 sentyabr 2026 566 baxış
Kramatorska hücum zamanı azı 22 nəfər xəsarət alıb

Kramatorska hücum zamanı azı 22 nəfər xəsarət alıb

Dünya
11 sentyabr 2026 566 baxış
Qida borusunun xərçəng riski üç dəfəyədək arta bilər

Qida borusunun xərçəng riski üç dəfəyədək arta bilər

Dünya
11 sentyabr 2026 566 baxış
Seçilmişlər
icon