Pleyeri seçin:
Türkiyə MN Pakistana silah yardımı iddialarına cavab verdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə Milli Müdafiə Nazirliyi Pakistana silah göndərilməsi barədə iddiaları təkzib edib.
Nazirliyin sözçüsü Zeki Aktürk bildirib ki, Türkiyənin Pakistana altı təyyarə ilə silah göndərməsi iddiaları həqiqətə uyğun deyil:
“Türkiyədən yola düşən nəqliyyat təyyarəsi yanacaq doldurmaq üçün Pakistana eniş edib. Daha sonra təyin olunmuş marşrut üzrə hərəkətini davam etdirib”.
Z.Aktürk vurğulayıb ki, Türkiyə Milli Müdafiə Nazirliyi Cənubi Asiyada sabitliyi təhdid edən və regional təhlükəsizliyi ciddi şəkildə pozan Pakistan-Hindistan gərginliyini böyük narahatlıqla izləyir.
O həmçinin qeyd edib ki, Rəsmi Ankara bölgədə qeyri-sabitlik yaradan hər cür təxribata qarşı çıxmağa davam edəcək.
Kopyalandı
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
