Pleyeri seçin:

Türkiyə müxalifətində nə baş verir?

17 noyabr 2023 541 baxış

Türkiyədə yeni seçilmiş CHP sədri Özgür Özəlin keçmiş CHP-çilərə “ata evinə qayıt” çağırışı gündəmdədir.

Bolu Bələdiyyə Başçısı Tanju Özcan “99 faiz CHP-yə qayıdacağam” dediyi halda, CHP-dən ayrılaraq Məmləkət Partiyasını quran Məhərrəm İncənin atacağı addım maraq doğurur. CHP sədri Özgür Özəl bu çağırışı etdikdən sonra bütün gözlər Kamal Kılıçdaroğlu dövründə CHP-dən ayrılan və ya xaric edilən adlardadır.

Bolu Bələdiyyə Başçısı Tanju Özcan Kılıçdaroğlunu tənqid etdikdən sonra CHP-dən xaric edilib. Özəlin zəngindən sonra Tanju Özcan partiyaya yenidən üzv olmaq üçün müraciət edib.

Özcan Məmləkət Partiyasının sədri Məhərrəm İncənin də CHP-yə qayıtmasını arzuladığını bildirib: “Keçən gün İncə bəylə telefonda danışdıq. Onun qayıdıb-qayıtmayacağı ilə bağlı dəqiq danışmadıq, amma məncə, qayıtmalıdır. Məhərrəm İncə də partiyaya qayıtsa, çox şad olaram”.

Bəs Məhərrəm İncə CHP-yə qayıdacaqmı?

“CNN TÜRK”ə danışan Vətən Partiyasının sözçüsü İpek Özkal Sayan CHP-dən Məhərrəm İncəyə rəsmi dəvət göndərilmədiyini vurğulayıb: “Məhərrəm İncə bir partiyanın sədridir. Biz partiyayıq. Rəsmi dəvət olsa, cavab veriləcək”.

Bazar günü Məmləkət Partiyasının yerli seçki gündəmi ilə Məclisi keçiriləcək. Həmin görüşdən sonra CHP-dən təklifin gəlib-gəlməyəcəyi maraq doğurur. Əldə edilən məlumata görə, Məmləkət Partiyasında Məhərrəm İncəyə yaxın insanlar CHP-yə qayıtmağı səbirsizliklə gözləyirlər.

Banner

#Məhərrəm İncə teqi istifadə olunub

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI

Dünya
03 noyabr 2026 541 baxış
ABŞ İsrailə hərbi yardımı dayandırır?

ABŞ İsrailə hərbi yardımı dayandırır?

Dünya
03 noyabr 2026 541 baxış
"Əgər Avropa müharibə istəyirsə..."  | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

"Əgər Avropa müharibə istəyirsə..." | Lavrov Qərbə səsləndi - ƏSAS XƏBƏR

Dünya
03 noyabr 2026 541 baxış
Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Atom silahının istifadəsi ətrafında ictimai müzakirələr artıb

Dünya
03 noyabr 2026 541 baxış
ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

ABŞ-nin Ukrayna və İran planları necə dəyişəcək? - AKTUAL GÜNDƏM

Dünya
03 noyabr 2026 541 baxış
Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Hansı ərazilər hədəfə alınacaq? - Hərbi əməliyyatların coğrafiyası genişlənir? - Baku TV CANLI

Dünya
03 noyabr 2026 541 baxış
"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

"İran geri çəkilməyəcək!" | Dünyanı nüvə müharibəsi gözləyir? - Baku TV

Dünya
03 noyabr 2026 541 baxış
Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Rusiya-Ukrayna müharibəsinin taleyi ilə bağlı qalmaqallı açıqlama - Baku TV CANLI

Dünya
03 noyabr 2026 541 baxış
Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Zaporojye vilayətində zərbə nəticəsində 30-a yaxın insan həlak olub

Dünya
03 noyabr 2026 541 baxış
Rusiya yeni zərbələrə hazırlaşır?

Rusiya yeni zərbələrə hazırlaşır?

Dünya
03 noyabr 2026 541 baxış
Seçilmişlər
icon