Pleyeri seçin:
Türkiyə Ordusu daha 7 terrorçunu məhv edib
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Diyarbakır şəhərində terror aktı törətməyə cəhd edən 5 nəfər saxlanılıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya sosial şəbəkə hesabında paylaşım edib.
O qeyd edib ki, saxlanılan şəxslər kuryer fəaliyyəti ilə məşğul olublar. Terrorçular saxlanılarkən evin bağçasından qazıntı zamanı külli miqdarda partlayıcı maddə və silah aşkar edilib.
Bundan başqa, Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən məlumata görə, Türkiyə Ordusu Suriyanın Barış Pınarı bölgəsində keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror təşkilatının daha 7 üzvünü məhv edib. Əməliyyat nəticəsində terrorçular tunel qazan zaman zərərsizləşdirilib. Qeyd olunub ki, terrorçularla mübarizə uğurla davam edir.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
