Türkiyə polisinin əməliyyatı sakinlərə baha başa gəldi | Zəhərlənənlərin dəhşətli statistikası
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Diyarbəkir şəhərinin sakinləri polislərin tonlarla narkotik maddəni yandırmasından sonra çətinliklərlə üzləşiblər.
Hadisə Lice qəsəbəsində baş verib.
Məsul şəxslər 2023-2024-cü illərdə polis əməkdaşlarının keçirdiyi reydlər zamanı ələ keçirmiş 20,7 ton narkotik vasitəni qəsəbəyə daşıyıblar. Bitkilər bir neçə dəqiqə ərzində yandırılıb.
Hadisədən sonra 25 min əhalisi olan qəsəbəni tüstü bürüyüb və bir neçə gün keçsə də, tüstü yox olmayıb.
“Bir neçə gündür ərazidən ifunət iyi, yəni narkotikin qoxusu gəlir. Pəncərələri aça bilmirik. Uşaqlarımız xəstədir, daim xəstəxanaya gedirik”, ‒ deyə rayon sakinlərindən biri bildirib.
Mütəxəssislər hesab edirlər ki, narkotik vasitələr şəhər daxilində yandırmamalıdır, əvəzində daha peşəkar üsullar seçməlidir.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
