Türkiyə və İtaliya müdafiə sənayesində əməkdaşlığı gücləndirir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyanın Baş naziri Corcia Meloni ilə telefon danışığı aparıb.
Bu barədə məlumatı Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi yayıb.
Bildirilib ki, telefon danışığı zamanı Türkiyə-İtaliya ikitərəfli münasibətləri, həmçinin regional və qlobal məsələlər müzakirə olunub.
Ərdoğan Türkiyə ilə İtaliya arasında, xüsusilə müdafiə sənayesi sahəsində olmaqla, bütün istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi üçün səylərin davam etdirildiyini bildirib.
Tərəflər eyni zamanda transatlantik münasibətlərin inkişafına və NATO çərçivəsində kollektiv müdafiəyə sadiqliklərini bir daha təsdiqləyərək, Alyansın cənub cinahının strateji əhəmiyyətini vurğulayıblar.
Türkiyə lideri həmçinin ölkəsində keçiriləcək NATO Liderlər Zirvəsində müttəfiqlər arasında həmrəyliyin və əməkdaşlığın daha da möhkəmləndiriləcəyinə ümid etdiyini qeyd edib.
#Rəcəb Tayyib Ərdoğan teqi istifadə olunub
- ABŞ lideri Yaxın Şərq barədə nələr dedi? | Türkiyə Prezidenti barədə xoş sözlər - Baku TV CANLI
- Türkiyə Prezidenti bölgədə terror yayanlarla bağlı nə dedi? - Baku TV
- Ərdoğan Nyu-Yorkda Paşinyanla nəyi müzakirə edib?
- Ərdoğandan Afinaya mesaj
- Ərdoğan-Paşinyan görüşündə Azərbaycan məsələsi gündəmdə olub? - Baku TV
