Türkiyə və Rusiya arasında vəziyyət gərginləşir? - Ankara ABŞ-dən bunu istəsə...
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə ilə Rusiya arasında əlaqələr son günlər bir qədər azalıb. Suriyada mümkün yeni ittifaqlar gələcəkdə yol xəritəsini müəyyən edəcək”.
Bunu türkiyəli siyasi ekspert İqbal Dürrə Suriyadakı vəziyyəti şərh edərkən deyib.
O qeyd edib ki, hazırda Suriyada vəziyyət çox sürüşkəndir:
“Rusiya Suriyada ABŞ-nin nəzarətini aradan qaldırmaq istəyir. Türkiyənin isə Suriya siyasətində Qərblə yaxınlaşması Rusiya ilə münasibətləri pisləşdirər. Gəlin, sikkənin digər tərəfinə baxaq. Türkiyə həqiqətənmi ABŞ-nin Suriyadan çıxmasını istəyir? ABŞ-nin Suriyadan tam çıxması bu ölkənin Rusiyanın nəzarətinə keçməsi deməkdir”.
Ekspert bildirib ki, Dəməşq rejimi terror dəhlizini həll edəcək siyasi iradə və həll yoluna sahib deyil:
“ABŞ, İsrail, İngiltərə ittifaqı PKK/YPG üzərindən buna icazə vermir. Rusiya Bəşər Əsədlə kürdlərin arasını düzəltmək üçün nə qədər çalışsa da, Əsəd bu məsələdən yayınır. Lakin mövcud vəziyyətdə Türkiyə və Suriya yaxınlaşıb, problemləri ortaq şəkildə həll edə bilərlər”.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
