Pleyeri seçin:
Türkiyədə 30 yaşlı gənc üzən ev hazırlayıb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbul şəhərində yük maşını sürücüsü üzən ev hazırlayıb. Beykoz rayonunda yaşayan 30 yaşlı Həmdullah Aksoy İstanbuldan təxminən, 20 km aralıda yerləşən Riva dərəsində üzən ev hazırlayıb.
Həmdullah Aksoy evi 15 gün ərzində hazırladığını bildirir. O, evin suda batmaması və baş verəcək təhlükəli vəziyyətlərdə ciddi fəsadlar almaması üçün çox çalışdığını deyir.
Evin hazırlanmasında xüsusi barrellərdən istifadə edən Həmdullah Aksoy bildirir ki, sözügedən ev ümumilikdə 6 ton ağırlığında yük qaldıra bilir. Bunun üçün o, 25 barreldən istifadə edib.
Onun sözlərinə görə, hazırlanan gündən etibarən qısa zaman ərzində bu ev insanların böyük marağına səbəb olub.
Belə ki, gələnlər onunla birlikdə evlə gəzintiyə çıxır, çay içir. Həmdullah Aksoy təhlükədən yayınmaq üçün küləkli havada evlə birlikdə dənizə çıxmır. Lakin digər günlərdə bir neçə saat dərə boyunca üzür.
Kamil Əmirli
Kopyalandı
