Türkiyədə bələdiyyə seçkilərinin nəticələri açıqlanır
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə daha bir tarixi günə şahidlik etdi. Qardaş ölkədə bələdiyyə seçkiləri keçirildi. Artıq bəzi məntəqələr üzrə ilkin nəticələr açıqlanıb.
“Anadolu” agentliyinin məlumatına görə, əhalinin 76,39 faizi seçkidə iştirak edib. Bu vaxta qədər seçki qutularının isə 52,72 faizi açılıb.
Ölkə üzrə ilkin hesablamalara əsasən, Cümhuriyyət Xalq Partiyası liderdir. Özgül Özəlin partiyası 37,84 faiz səslə irəlidədir. Hakim Ədalət və İnkişaf Partiyası isə 36,81 faiz səslə ikincidir.
Paytaxt Ankarada CHP-nin namizədi Mansur Yavaş 58,61 faizlə öndədir. İstanbulda da CHP-dən Böyükşəhər Bələdiyyə sədrliyinə namizəd Əkrəm İmamoğlu 50,32 faizlə ilk sıradadır. Ölkənin 3-cü böyük şəhəri İzmirdə də CHP-nin namizədi Cəmil Tuqay öndədir.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
