Türkiyədə bir gündə 2 dəhşətli avtobus qəzası baş verdi
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbulun Tuzla rayonunda işçiləri daşıyan xidməti mikroavtobus aşıb.
Bu barədə ölkə mətbuatında məlumat verilib.
Bildirilib ki, İstanbulun Tuzla rayonunda baş verən hadisə nəticəsində 3 nəfər ölüb, 15 nəfər yaralanıb, 16 sərnişin xəsarət alıb. Hadisə yerinə yanğınsöndürmə qrupları və təcili tibbi yardım briqadaları cəlb olunub. Yaralılar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Digər avtobus qəzası isə Konya şəhərində qeydə alınıb. İlğın rayonunda sərnişin avtobusu parklanma vəziyyətində olan yük maşınına, yük maşını da qarşısında dayanan TIR-a çırpılıb.
Məlumata görə, qəza nəticəsində avtobusda olan 35 sərnişindən 2-si ölüb, 24 nəfər yaralanıb. Hadisə yerinə polis, sağlamlıq və xilasetmə qrupları cəlb edilib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
