Türkiyədə dağıntılar altından sərvət çıxdı
Yeniliklərdən dərhal xəbərdar olun
Rusiyalı xilasedicilər Türkiyədə yaşayış binasının dağıntıları altından külli miqdarda pul tapıblar.
Bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin “Telegram” kanalında məlumat verilib. Xilasedicilər bildiriblər ki, daha bir dağıntı təbəqəsini qaldırdıqları zaman içərisində yüz dollarlıq əsginaslarla dolu qazan aşkar ediblər.
Bildirilib ki, qazandakı məbləğ 150 min dollar olub. Məlumata görə, tapılan pullar yerli polisə təhvil verilib.
Bundan başqa, Türkiyədə qeydə alınan güclü zəlzələdən sonra axtarış-xilasetmə işləri üçün Bartından Hataya gələn mədənçilər qızıl-zinət əşyaları tapıblar. Türkiyə Taşkömür Təşkilatının mədənçiləri Antakyada bir mənzildə qazıntılar zamanı qara çantada çoxlu miqdarda qızıl, pul və kredit kartı olduğunu görüblər. Mədənçilər çantadakı bütün pul və qızılları polisə təhvil veriblər.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
