Pleyeri seçin:

Türkiyədə əlverişsiz hava şəraiti: Qara dənizdəki yük gəmisi ilə əlaqə kəsildi

20 noyabr 2023 646 baxış

Türkiyədə davam edən əlverişsiz hava şəraiti bir çox fəsadlar törədib.

Noyabrın 18-də ölkənin bütün vilayətlərində hava anidən kəskin dəyişib, güclü küləklə müşayiət olunan leysan, qar yağır. Güclü külək səbəbindən Qara dənizdə Türkiyə bayrağı altında üzən Kafkametler adlı gəmi ilə əlaqə kəsilib.

Məlumata görə, göyərtəsində 12 nəfərlik heyətlə Rusiyadan İzmirin Əliağa limanına yük daşıyan gəmi Qara dəniz bölgəsində fırtına səbəbindən Ereğli limanına sığınıb. Burada lövbər sala bilməyərək yenidən hərəkətə keçən gəmi ilə limandan ayrıldıqdan qısa müddət sonra əlaqə kəsilib. Hazırda gəminin axtarışları davam edir.

Güclü külək səbəbindən həmçinin İstanbula nəzərdə tutulan bir çox təyyarə reysləri, eləcə də şəhərlərarası və şəhərdaxili dəniz səfərləri təxirə salınıb. Əsən fırtına binaların və evlərin dam örtüklərini uçurub, ağacları kökündən qoparıb.

Panama bayrağı altında üzən və Zonquldağ vilayətinin Ereğli limanında lövbər salan quru yük gəmisi fırtına səbəbindən iki hissəyə bölünüb. Gəmi heyəti təxliyə edilib.

Güclü qar ölkənin müxtəlif yerlərində magistral yollarda çətinliklər yaradıb. Hidrometeoroloqlar ölkə ərazisində əlverişsiz hava şəraitinin daha bir neçə gün davam edəcəyini proqnozlaşdırır.

Banner
Respublikaçılar və demokratlar hərəkətə keçib

Respublikaçılar və demokratlar hərəkətə keçib

Dünya
09 noyabr 2026 646 baxış
Vaşinqtonda hansı partiyanın namizədi prezident ola biləcək? - Baku TV CANLI

Vaşinqtonda hansı partiyanın namizədi prezident ola biləcək? - Baku TV CANLI

Dünya
09 noyabr 2026 646 baxış
Ukrayna kosmik qüvvələr yaradır

Ukrayna kosmik qüvvələr yaradır

Dünya
09 noyabr 2026 646 baxış
ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

ABŞ-nin İran strategiyasında hansı xətt üstünlük təşkil edir? - Baku TV

Dünya
09 noyabr 2026 646 baxış
"Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI

"Təzyiq və zorakılıq qarşısında geri çəkilməyəcəyik" | İran Prezidentindən açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 646 baxış
Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Böyük Britaniya Rusiya ilə bağlı nələri hesaba qatmayıb? | London həyəcan təbili çaldı - Baku TV

Dünya
09 noyabr 2026 646 baxış
Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Netanyahu seçkilərdən sonra Qəzza ilə bağlı hansı addımları atacaq? - ƏSAS XƏBƏR

Dünya
09 noyabr 2026 646 baxış
Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Tramp Ukraynanın sərhədlərinin dəyişəcəyinə işarə edir?

Dünya
09 noyabr 2026 646 baxış
Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Rusiya ilə mümkün razılaşma planı Avropa üçün gözlənilməz oldu | Brüsseldə təcili tədbir - Baku TV

Dünya
09 noyabr 2026 646 baxış
Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Avropa sülh danışıqlarında niyə iştirak etməyəcək? | Dmitri Peskovdan açıqlama - Baku TV CANLI

Dünya
09 noyabr 2026 646 baxış
Seçilmişlər
icon