Hərbi əməliyyatlar nə vaxt başlaya bilər? - “İran sərt cavab verməli olacaq” - Baku TV
Yeniliklərdən dərhal xəbərdar olun
İranın xarici işlər naziri Abbas Əraqçi son 48 saat ərzində 12 ölkənin xarici işlər naziri ilə telefon danışığı aparıb. Tərəflər regiondakı vəziyyəti, həmçinin ABŞ və İsrailin addımlarının mümkün nəticələrini müzakirə ediblər.
Abbas Əraqçi bu barədə “Instagram” hesabında paylaşım edib. O bildirib ki, danışıqlar zamanı dövlətlərin milli suverenliyinə hörmət, təhdid və təcavüzün dayandırılması, xarici müdaxilənin rədd edilməsi və regional ölkələrin qeyri-sabitliyin qarşısını almaq məsuliyyəti vurğulanıb. Nazir həmçinin İranın öz suverenliyini və milli təhlükəsizliyini qorumaq hüququna malik olduğunu qeyd edib.
Mövzu ilə bağlı siyasi şərhçi Rəşad Bayramov Baku TV-yə açıqlamasında bildirib ki, Tehranın son diplomatik fəallığı regionda mümkün hərbi qarşıdurmanın nəticələrindən ciddi narahatlıq keçirdiyini göstərir.
Onun sözlərinə görə, İran bu təmaslarla həm Körfəz ölkələrinə xəbərdarlıq edir, həm də ABŞ-yə diplomatik təzyiq göstərməyə çalışır:
“Tehran ABŞ və İsraillə yeni qarşıdurma ehtimalında müharibənin genişlənərək bütün regionu əhatə edə biləcəyinə dair mesaj verir. İran Körfəz ölkələrinə çatdırmaq istəyir ki, onların əraziləri növbəti hərbi əməliyyatlarda İrana qarşı istifadə olunarsa, Tehran buna sərt cavab vermək məcburiyyətində qalacaq.
Pakistan və Türkiyə kimi regional aktorlarla aparılan danışıqlar da ABŞ-yə təzyiq göstərmək məqsədi daşıyır. İran digər ölkələrin də mümkün hərbi qarşıdurmanın qarşısını almaq üçün diplomatik fəallıq nümayiş etdirməsini istəyir”.
#Rəşad Bayramov teqi istifadə olunub
- Abbas Əraqçi 48 saat ərzində 12 ölkədən olan həmkarı ilə telefon danışığı aparıb
- Avropa İttifaqında təbii qaz dünyada ən çox bahalaşan əmtəə oldu
- Aİ-də təbii qaz problemi | "Köhnə qitə" qışa necə hazırlaşır? - Baku TV
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
