Türkiyədə FETÖ-yə qarşı əməliyyatlar davam edir
Yeniliklərdən dərhal xəbərdar olun
İstanbul Baş Prokurorluğunun Terror və Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Bürosu Fətullahçı Terror Təşkilatı ilə bağlı istintaq çərçivəsində Milli kəşfiyyat təşkilatı ilə birgə xüsusi əməliyyat keçirib.
Əməliyyat zamanı terror təşkilatının lideri Fətullah Gülənin qardaşı oğlu Selman Gülən, həyat yoldaşı və barəsində axtarış qərarı olan Nur Gülən, qayınatası Bəkir Öztürk, qayınanası Mine Öztürk Sancaktepedə gizli evlərin birində yaxalanıblar.
Bu barədə Türkiyənin TRT Haber telekanalı məlumat verib.
Bildirilib ki, istintaq çərçivəsində həmin şəxslərin 1 ilə yaxındır ki, Sancaktepedəki evdə gizləndikləri, təşkilat rəhbərinin əmri ilə banka pul qoyduqları, qurumun dərnək və fondlarında rəhbər vəzifələr tutduqları və təşkilatın yuxarı rəhbərliyində olan şəxslərlə təmasda olduqları aşkar edilib.
Qeyd edək ki, təşkilatın hazırkı maliyyə strukturunda Selman Gülənin hələ də aktiv olduğu müəyyən edilib. Axtarış-istintaq tədbirləri nəticəsində çox sayda rəqəmsal materiallarla yanaşı, külli miqdarda xarici valyuta və 2 saxta şəxsiyyət vəsiqəsi müsadirə edilib. Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsi şübhəli şəxsləri nəzarətə götürüb.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
