Pleyeri seçin:
Türkiyədə helikopter qəzası: 3 nəfər itkin düşüb
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Sentyabrın 17-nə keçən gecə Türkiyənin İzmir şəhərində meşə yanğınının söndürülməsində iştirak edən helikopter “Tahtalı” su anbarından su götürərkən qəzaya uğrayıb.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Ölkənin kənd təsərrüfatı naziri İbrahim Yumaklının sözlərinə görə, 1 ekipaj üzvü xilas edilib, daha 3 nəfərin axtarışları davam etdirilir.
Xatırladaq ki, sentyabrın 16-da İzmirin Menderes rayonunda meşə yanğını başlayıb. Hadisənin səbəbi hələ müəyyən edilməyib. Yanğının söndürülməsi üçün bölgəyə 9 təyyarə, 20 helikopter, 54 yanğınsöndürən maşın, 20 avtosistern, həmçinin 500-ə yaxın yanğınsöndürən və digər mütəxəssis göndərilib.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
