Türkiyədə İran agentləri saxlanıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Milli Kəşfiyyat İdarəsi Türkiyədə İranla əlbirlik edən agentlərə qarşı əməliyyat keçirib.
Türkiyə mətbuatı yazır ki, əməliyyat nəticəsində İsrailin xarici kəşfiyyat xidməti “Mossad” tərəfindən Avropada təlim almış Səlcuq Küçükkaya və daha 12 nəfər ələ keçirilib. Məlumata görə, S.Küçükkaya qruplaşmanın lideri olub.
Bildirilir ki, istintaq araşdırmaları il yarım əvvəl başladılıb. Bu müddətdə qruplaşma daim diqqətdə saxlanılıb və addım-addım izlənib. Casusların ələ keçirilməsi üçünsə MKİ və Baş Prokurorluq birgə addımlar atıb.
Qeyd edilib ki, S.Küçükkaya və “Mossad” üzvləri arasında müzakirələr adətən Avropanın müxtəlif ölkələrində baş tuturdu. O, həmin danışıqlar zamanı müxtəlif testlərdən keçib. Beşinci görüşdə S.Küçükkayaya casusluq təklif olunub.
Məlumata görə, daha 2 şübhəlinin ələ keçirilməsi istiqamətində işlər davam edir. Agentlərin İranla yanaşı, İsrail və Rusiya ilə əlaqədə olduqları da vurğulanıb.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
