Türkiyədə İsrail casuslarına qarşı əməliyyat
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə hüquq mühafizə orqanları İsrailin casusu olduğu iddia etdiyi doqquz nəfərdən yeddisini ələ keçirib.
Bu barədə yerli media məlumat yayıb. Ölkənin Milli Kəşfiyyat Təşkilatı və polisin birgə keçirdiyi əməliyyat nəticəsində məlum olub ki, onlar əldə etdikləri bütün məlumatları “Mossad”a satıblar.
Araşdırmalarla saxlanılanların tapşırılan şəxsləri izləmə və izləmə cihazlarının təyin olunan ünvanlara yerləşdirilməsi kimi əməlləri də həyata keçirdikləri aşkar edilib.
Qeyd edək ki, bu, Türkiyədə İsrailə casusluq edənlər barəsində keçirilən ilk belə əməliyyat deyil. Eyni axtarış tədbirləri 2022-ci ilin dekabrında həyata keçirilmişdi. Həmin zaman isə 68 nəfər şübhəli şəxs qismində saxlanılmış və barələrində cinayət işi açılmışdı.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
