Pleyeri seçin:
Türkiyədə meşə yanğınları tüğyan edir
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə avqustun 9-da gecə saatlarından başlayan yanğın genişlənərək bir neçə yaşayış məntəqəsini əhatə edib.
Çanaqqalanın Sarıcaeli kəndində əkinçilik sahəsində qeydə alınan alov qısa zamanda meşəlik ərazilərə keçib və küləyin təsiri ilə yayılıb.
Bildirilib ki, baş verən yanğınlarda 24 nəfər tüstüdən zəhərlənərək həkimə müraciət edib. Onların həyatı üçün heç bir təhlükə yoxdur.
Saçaklı kəndində davam edən meşə yanğını nəticəsində isə çox sayda evə ziyan dəyib. Hadisə ilə əlaqədar olaraq 5 kəndin 654 sakini ərazidən təxliyə olunub. Alovun ram edilməsi üçün bölgəyə helikopter və canlı qüvvələr cəlb olunub.
Qeyd edək ki, yanğını törətməkdə şübhəli bilinən 4 nəfər aidiyyəti orqanlar tərəfindən saxlanılıb.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
