Pleyeri seçin:

Türkiyədə məşhur aktrisa niyə rəfiqəsini amansızlıqla qətlə yetirdi? - Yeni detallar

21 aprel 2025 465 baxış

Türkiyədə rəfiqəsini qətlə yetirən aktrisa Sevil Akdağın şok əməli ilə bağlı yeni detallar məlum olur.

Aktrisanın tanışları cinayətlə bağlı ifadə veriblər. Onlar rəfiqəsini qətlə yetirən Sevil Akdağın həmin gecə sərxoş olduğunu bildiriblər.

Aktrisa Sevil Akdağ yaxın rəfiqəsi Elif Kıravla mübahisə etdikdən sonra onu bıçaqlayaraq qətlə yetirib və hadisə yerindən uzaqlaşıb. Hadisə zamanı səs-küy eşidən qonşular dərhal polis və təcili tibbi yardım çağırıblar. Kamera görüntülərini araşdıran polis qısa müddətdə Sevil Akdağı Esenyurtda yaxalayaraq nəzarətə alıb.

Elif Kırav Sarıyer Kilyos qəbiristanlığında torpağa tapşırılıb.

Bacısı Müzəyyən Malat bacısının qəddarcasına öldürüldüyünü bildirib.

Polis bölməsində dindirilən Sevil Akdağ daha sonra məhkəməyə çıxarılaraq həbs edilib. Elif Kıravın yaxın dostu Bade Taş verdiyi açıqlamalarda Sevil Akdağın uzun müddətdir Elifə qarşı fərqli münasibət göstərdiyini deyib. Onun sözlərinə görə, Sevil nə vaxt alkoqollu içki içsə və ya başqa maddələr qəbul etsə, Elifə zəng edib, ağlayıb və təkliyindən şikayətlənibmiş.

Cinayətin baş verdiyi gecə Elif və dostları əyləncə məkanında olublar. Sevil Akdağ oradan “gecəni səninlə davam etdirməyəcəyəm” deyərək çıxıb. Elif isə başqa bir dostu ilə başqa yerə gedib.

Bade Taş bildirib ki, Sevil həmin gecə dəfələrlə Elifə zəng edib, Elif isə onun gələrək problem yaratmasını istəməyib.

Səhərə yaxın Sevil Elifin evinə bıçaqla gəlib, telefonunu da qapının ağzına qoyaraq heç kimin ona çatmamasını təmin edib.

Səhər ortaya çıxan mənzərə isə dəhşətli olub. Elifin bədənində 35-dən çox bıçaq yarası aşkar edilib. Onun qaşından ürəyinə, belindən ayaqlarına qədər hər yeri deşilib.

Bade Taş bu hadisənin anlıq əsəb yox, əvvəlcədən planlanmış bir qətl olduğunu deyib.

Elifin dostları da Sevil Akdağın davranışlarının əvvəldən sağlam olmadığını düşündüklərini bildiriblər.

Banner
Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Yeni asteroid həvəskar astronomun sayca səkkizinci kəşfi olub

Dünya
28 oktyabr 2026 465 baxış
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 465 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 465 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 465 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 465 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 465 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 465 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 465 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 465 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 465 baxış
Seçilmişlər
icon