Türkiyədə növbəti zəlzələ kabusu | Ardıcıl 3 zəlzələ baş verdi
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə mayın 13-də son 7 saat ərzində ardıcıl üç zəlzələ baş verib.
Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatına görə, ilk zəlzələ Bodrum şəhərinin yaxınlığında, Egey dənizində 4,9 bal gücündə baş verib.
Bildirilir ki, Türkiyədə yerli vaxtla 02:30-da qeydə alınan yeraltı təkanların ocağı 7 km dərinlikdə olub. İkinci zəlzələ İstanbul sahilində 4,1 maqnitudalı olub.
Yeraltı təkanlar Mərmərə dənizində qeydə alınıb. Zəlzələ Türkiyə vaxtı ilə saat 07:18-də baş verib, ocağı isə 13,6 km dərinlikdə yerləşib.
Antalyanın Kumluca rayonu ərazisində də 3,8 bal gücündə zəlzələ qeydə alınıb. Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinin məlumatında bildirilib ki, zəlzələ ocağı 29 kilometr dərinlikdə yerləşib.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
