Türkiyədə qırılma xəttinin üstündə olan şəhərlər
Yeniliklərdən dərhal xəbərdar olun
“Biz son 100 ildə ikinci ən böyük zəlzələni yaşadıq”.
Bunu Türkiyənin Geoloji Mühəndislər Mərkəzinin eksperti Aysun Aykan deyib. Türkiyədə 20-yə yaxın yerdə zəlzələ yarada biləcək aktiv tektonik qırılma xəttinin olduğunu vurğulayan A.Aykan Şimali Anadolu xəttinin əsas hissəsi olan Bingöl-Yeddisu və Şimali Anadolu xəttinin Mərmərə dənizindən keçən qismi ilə Balıkesir, Kahramanmaraş-Türkoğlu bölgələrinə diqqət yetirilməli olduğunu söyləyib.
Ekspert ölkəsində zəlzələ riski olan vilayətlər haqqında xəbərdarlıq da edib: "Ölkəmizdə Kocaeli, Bursa, Balıkesir, Bolu, Sakarya, Manisa, İzmir, Aydın, Muğla, Dənizli, Burdur, Kütahya, Eskişehir, Konya, Aksaray, Tokat, Kayseri, Osmaniyə, Hatay, Kahramanmaraş, Ərzurum, Ərzincan, Hakkari və Bingöl bölgələri aktiv qırılma xəttinin üzərindədir. Bu səbəbdən Türkiyənin hər hansı bir bölgəsində dağıdıcı zəlzələnin olması bizi təəccübləndirmir".
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
