Türkiyədə qorxu dolu anlar | Məhkumun dəhşətli hücumu: 2 ölü, 7 yaralı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Balıkesir vilayətinin Edremit rayonunda yerləşən cəzaçəkmə müəssisələrinin birindən qaçan məhkum Mustafa Emlik dəhşətli silsilə cinayətlər törədib.
Qaçış planı zamanı məhkum baş çavuş Kamal Əkrini qətlə yetirib və onun avtomobilini oğurlayıb.
Oğurlanmış nəqliyyat vasitəsilə qaçarkən Emlik yolda 6 piyadanı vurub, nəticədə onlardan biri hadisə yerində ölüb, 5 nəfər isə yaralanıb.
Onun izinə düşən hüquq-mühafizə orqanlarının əməkdaşları ilə baş verən atışma zamanı 2 polis əməkdaşı da yaralanıb, lakin cinayətkar zərərsizləşdirilib. Ümumilikdə 2 nəfər ölüb, 7 nəfər yaralanıb.
Hazırda polis hadisə günü evində güllələnərək öldürülmüş halda tapılan Olcay Önün cinayətinin də Mustafa Emlik tərəfindən törədilib-törədilməməsini araşdırır.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
