Türkiyədə xəstəxanalarda qandonduran hadisə | Dəstənin əməlləri ifşa edildi
Yeniliklərdən dərhal xəbərdar olun
Bir neçə gündür ki, Türkiyə mediasında yer alan mövzulardan biri də cəmiyyət arasında “yeni doğulanlar qruplaşması” adlandırılan dələduzluq sistemidir.
“Globalinfo.az” xəbər verir ki, İstanbulda ifşa edilən qruplaşmanın ölkənin “112” Təcili Çağrı Mərkəzində çalışan şəxslər və bəzi xəstəxana işçiləri ilə əlbir olduğu aşkarlanıb.
Onların özəl və dövlət xəstəxanalarından transfer etdikləri yeni doğulan sağlam körpələri uzun müddət reanimasiya şöbəsində baxımsız vəziyyətdə saxlayaraq ailələrindən pul tələb etdiyi, hətta bəzi uşaqların ölümünə səbəb olduğu müəyyən edilib.
İlkin məlumata görə, qruplaşma iki həkim və bir təcili tibbi yardım maşınının sürücüsü tərəfindən yaradılıb.
Son bir neçə gün ərzində hadisə ilə bağlı 50-yə yaxın şübhəli saxlanılıb. Onlardan 22-si həbs olunub, bəzi xəstəxanalar isə bağlanıb.
Hadisə ilə bağlı genişmiqyaslı araşdırma davam edir.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
