Pleyeri seçin:
Türkiyədən üzücü xəbər | Gəmi batdı, 3 metrlik dalğalar çətinlik törətdi
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyə bayrağı altında üzən yük gəmisi altı dənizçi ilə birlikdə Mərmərə dənizində batıb.
Hadisənin baş verdiyi Bursa vilayətinin valisi Mahmud Demirtaş onların axtarışına başlanıldığını bildirib.
“69 metrlik “Batuhan” yük gəmisinin göyərtəsində altı nəfər var, hamısı Türkiyə vətəndaşıdır. Onların axtarış-xilasetmə işlərinə başlanılıb”, – deyə M.Demirtaş qeyd edib.
Onun sözlərinə görə, insidentlə bağlı siqnal yerli vaxtla səhər saat 6:20-də (Bakı vaxtı ilə 7:20) daxil olub. Hadisə yerinə üç sahil mühafizə gəmisi və bir helikopter göndərilib. Vali bildirib ki, dənizçilərin axtarışına güclü dalğalar mane olur.
Kopyalandı
#Türkiyə teqi istifadə olunub
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV
