Türkiyəni sarsıdan meşə yanğınları ilə bağlı dəhşətli məlumatlar
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə günlərdir davam edən meşə yanğınlarının söndürülməsi istiqamətində tədbirlər davam edir.
Qardaş ölkədə 342 meşə yanğını qeydə alınıb ki, onlardan bir çoxu hələ də tam söndürülməyib.
Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı ölkənin müxtəlif bölgələrində baş verən yanğınlara havadan və qurudan müdaxilə edildiyini bildirib.
Qeyd edilib ki, İzmirin Seferihisar və Menderes bölgələrindəki yanğınlarda hazırkı vəziyyət nisbətən yaxşılaşıb. İzmir və Manisada alovun təsirini azaltmaq mümkün olub. Hatayın Antakya bölgəsində isə güclü külək alovun söndürülməsinə mane olur. 8 təyyarə, 12 helikopter, 1000-dən çox quru vasitəsi və təxminən 2700 yanğınsöndürən alovun qarşısını almağa çalışır. Adanadakı yanğın isə nəzarətə götürülüb.
Yanğınlarda zərər çəkən vətəndaşlardan 46-nın müalicəsi xəstəxanalarda davam etdirilir. Onlardan birinin vəziyyəti ağırdır.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
