Pleyeri seçin:

Türkiyəni sarsıdan qərar | Qardaş ölkələr arasında vəziyyət gərginləşir

11 aprel 2025 659 baxış

“Türk Dövlətləri Təşkilatına üzv olan Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kipri “Kipr Respublikası” kimi tanıması qərarı etirazlara yol açıb. Üç türk dövlətinin Cənubi Kiprdə səfirlik açması Türkiyənin Kipr siyasəti çərçivəsində onilliklər boyu davam edən mübarizəsinin ən kritik qırılma nöqtələrindən biri kimi şərh edilir”.

Bu barədə “Haber Global” yazır.

Mənbə qeyd edir ki, üç ölkənin bu qərarında Fransa mərkəzli Avropa İttifaqının mühüm rolu var.

Analitiklərə görə, Özbəkistanın tekstil ixracını artırmaq, Qazaxıstanın enerji resurslarını Qərbə daşımaq və Türkmənistanın təbii qaz ixracını şaxələndirmə planları Türkiyəni sarsıdan qərarda təsirli olub.

Professor Hasan Köni Aİ-nin, xüsusilə Fransanın Mərkəzi Asiya ölkələrinə artan marağına diqqət çəkib:

“Bu durum Qazaxıstan, Özbəkistan və Türkmənistanın Cənubi Kipri tanımaq qərarında həlledici rol oynadı. Aİ Komissiyasının Mərkəzi Asiya üçün hazırladığı 300 milyon avroluq investisiya paketi bu ölkələri Qərbə can atmağa təşviq etdi”.

Professor Hasan Ünal Qazaxıstan, Türkmənistan və Özbəkistanın qərarının üzücü olduğunu deyib:

“Təəssüf ki, bu durum Türkiyə xarici siyasəti üçün də uğursuzluqdur. Türk Dövlətləri Təşkilatına üzv olan üç ölkə sanki Türkiyəyə acıq vermək üçün adanın rum tərəfində səfirlik açdı. Bu qərarla Şimali Kipr Türk Cümhuriyyətinin varlığını tanımadıqlarını və bütün adanın qondarma rum administrasiyasına aid olduğunu bəyan etdilər”.

H.Ünalın fikrincə, bunda Aİ-nin ciddi rolu şübhəsizdir:

“Qardaş dövlətlərin Aİ ilə yaxınlaşmasını rum tərəfini tanıyacaq qədər irəli aparmaları izah edilə bilən bir məsələ deyil”.

Professor bunun Türkiyə üçün gözlənilməz bir durum olduğunu vurğulayıb.

Banner
Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Tornado və sel ciddi fəsadlar törədib, 7 mindən çox abonent işıqsız qalıb

Dünya
28 oktyabr 2026 659 baxış
Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Aleksandar Vuçiç ölkəsinin gələcəyindən narahatdır

Dünya
28 oktyabr 2026 659 baxış
Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Flavio Bolsonaro ailəsi ilə birlikdə ölkəni tərk edib?

Dünya
28 oktyabr 2026 659 baxış
Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Kosta-Rikanın nəhəng həbsxanasına ilk məhbuslar gətirilib

Dünya
28 oktyabr 2026 659 baxış
Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dunayın sularının bulanması ilə bağlı kanalizasiya sularının çaya axıdıldığı bildirilir

Dünya
28 oktyabr 2026 659 baxış
Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Alp dağlarında nəhəng buz kütləsi hər gün 20 santimetr irəliləyir, təhlükə artır

Dünya
28 oktyabr 2026 659 baxış
İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

İsraildə yeni hökuməti kim quracaq? - Seçkilərin ilkin nəticələri nə deyir? - Baku TV

Dünya
28 oktyabr 2026 659 baxış
Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Özəl sektorda gizli kəşfiyyat | Pentaqon nə planlaşdırır? - Baku TV

Dünya
28 oktyabr 2026 659 baxış
Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Kremldə Putin-Pezeşkian görüşü: Yaxın Şərq üçün hansı mesajlar verildi? - Baku TV CANLI

Dünya
28 oktyabr 2026 659 baxış
Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Sanksiyalarla yanaşı, diplomatik təmaslar | Avropa təzyiq və dialoqu uzlaşdıra biləcəkmi? - Baku TV

Dünya
28 oktyabr 2026 659 baxış
Seçilmişlər
icon