Türkiyənin bir neçə vilayətində meşə yanır
Türkiyənin bir neçə vilayətində meşə yanğınları baş verib.
Məlumata görə, Mersinin Gülnar rayonunda meşə sahəsində yanğın başlayıb. Kavakoluğudakı ərazidə yanğın naməlum səbəbdən baş verib.
Hadisə yerinə 3 yanğınsöndürmə helikopteri, çoxlu sayda suçiləyici, meşə təsərrüfatı birliyinin əməkdaşları cəlb olunub. Yanğınsöndürənlər alova havadan və qurudan müdaxilə edir.
Hatayın Belen rayonunda da meşə yanğını baş verib. Yanğınsöndürənlər alovu söndürməyə çalışırlar. Bölgədəki yaşayış məntəqələrinin sakinləri təxliyə edilib.
Kahramanmaraşda fevraln 6-da zəlzələlərin baş verdiyi Osmaniyenin Düziçi rayonunda da meşə yanır. Yanğına havadan və qurudan müdaxilə davam edir.
Amanos dağlarında 1200 metr hündürlükdə olan Dumanlı yaylasının meşə sahəsində naməlum səbəbdən yanğın baş verib. Bölgəyə yanğınsöndürmə helikopteri, çoxlu sayda suçiləyici, meşə təsərrüfatının əməkdaşları cəlb edilib.
#Türkiyə teqi istifadə olunub
- Het çarlığı dövründən bəhs edən lövhələr aşkarlanıb
- Türkiyə və Pakistan ABŞ-nin İran planında hansı rolu oynaya bilər? - Baku TV CANLI
- Vaşinqtondan Afina və Ankaraya xəbərdarlıq
- Ömer Çelik Türkiyə ilə Azərbaycanın arasına girməyə çalışan ölkələrin olduğunu bildirib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı generalları Ər-Riyadda niyə görüşüb? - Baku TV
