Türkiyənin cənub-qərbində zəlzələ | Xəsarətalanlar var
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin cənub-qərb sahilində 5,8 maqnitudalı zəlzələ olub.
Bu barədə ölkənin Təbii Fəlakət və Fövqəladə Halların İdarə Olunması Agentliyi məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri Muğla şəhərinin Marmaris rayonundan 10 km məsafədə – Aralıq dənizində qeydə alınıb. Yerli vaxtla 02:17-də (Bakı vaxtı ilə 03:17) baş verən zəlzələnin ocağı 67 km dərinlikdə yerləşib.
Təbii fəlakətin Muğla şəhəri ilə yanaşı, İzmir və Antalyada da hiss edildiyi bildirilib. Təsir zonasında sunami təhlükəsi elan edilib.
Muğla şəhərinin valisi İdris Akbıyık zəlzələ zamanı 11 nəfərin yaralandığını, bütün halların təşvişdən qaynaqlandığını açıqlayıb.
Onun sözlərinə görə, yaralalıların həyati təhlükəsi yoxdur. Vali regionda dağıntı olmadığını vurğulayıb.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
