Türkiyənin ən bahalı tarixi malikanəsi satışa çıxarıldı
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyədə İstanbul boğazının ən möhtəşəm tikililərindən biri hesab edilən tarixi Zeki Paşa malikanəsi satışa çıxarılıb.
Bu barədə "Haber Global" xəbər verib.
Məlumata görə, İstanbul boğazının ən unikal nöqtəsində yerləşən 130 illik monumental Zeki Paşa malikanəsinin sahibi trabzonlu ailədir. Malikanənin ən tanınmış varisinin isə Meliha Baştımar olduğu qeyd edilir.
Bildirilir ki, 23 otaq, beş qonaq, səkkiz vanna otağı olan tikili uzun illərdir Türkiyənin lüks daşınmaz əmlak bazarında xüsusi yer tutur.
Boğaz xəttində yerləşən digər malikanələr iki milyarddan altı milyard Türk lirəsinə, təxminən 80 milyondan 240 milyon manata qədər qiymətlərlə satıldığı halda, mütəxəssislər Zeki Paşa malikanəsini "əvəzsiz" kimi dəyərləndirirlər.
#Türkiyə teqi istifadə olunub
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
- Ankara ilə Ottava arasında yeni dövr | İlk səfər və müdafiə-təhlükəsizlik üzrə imzalanan sənəd
