Türkiyənin İsveçə “hə“ deməkdə 4 məqsədi var | Erməni türkoloqdan açıqlama
Yeniliklərdən dərhal xəbərdar olun
“Türkiyə parlamenti 2 illik diplomatik oyunlardan sonra, nəhayət, İsveçin NATO-ya üzv olmaq ərizəsini ratifikasiya etdi”.
Bunu erməni türkoloq Varujan Geqamyan deyib.
“Bu, gözlənilirdi, çünki Türkiyə bu prosedurdan maksimum yararlana bildi. Birincisi, Ankara NATO-da siyasi çəkisini yüksəltdi və bununla da strateji muxtariyyətini genişləndirdi. İkincisi, Türkiyə Moskvaya İsveçlə bağlı müvəqqəti mövqeyini “satmaqla” Rusiya ilə münasibətlərdə manevr etmək imkanı qazandı. Üçüncüsü, ABŞ-ni qabaqcıl hərbi texnologiyaların tədarükü ilə bağlı danışıqlara yenidən başlamağa məcbur etdi və nəhayət, gözəl bir bonus: Avropadakı kürd fiqurların həyatını əhəmiyyətli dərəcədə çətinləşdirdi. Harada və necə oynadığını bilən bir ölkə diplomatik ustad dərsi keçdi. Bunu öyrənməyə dəyər”, – o bildirib.
#Türkiyə teqi istifadə olunub
- Fransadakı etirazlar digər ölkələrə də yayılır | Zelenski Türkiyəyə niyə getdi? - YENİ BİR SƏHƏR
- Türkiyə Qara dənizdə təhlükəsizliyi necə təmin etmək istəyir? - Baku TV
- Türkiyə paytaxtında genişmiqyaslı əməliyyat keçirildi | 109 nəfər saxlanıldı - Baku TV
- Türkiyədə sosial şəbəkələrə yaş məhdudiyyəti
- Ankara hərəkətə keçdi
