Türkiyəyə məxsus daha bir təyyarə qəzaya uğradı | Ölənlər var
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin Meşə Təsərrüfatı Baş İdarəsinə məxsus yanğınsöndürmə təyyarəsi Xorvatiyada qəzaya uğrayıb.
Bu barədə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.
Kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı bildirib ki, əlaqənin kəsildiyi yanğınsöndürmə təyyarəsinin qalıqları Xorvatiyanın Senj şəhəri yaxınlığında tapılıb. Qəza zamanı pilot həlak olub. Nazir pilotun yaxınlarına başsağlığı verib.
“Təyyarələr noyabrın 13-ü Türkiyə vaxtı ilə saat 17:38-də Zaqreb Hava Limanına yenidən havaya qalxıb və əlverişsiz hava şəraiti səbəbindən geri qayıdıb. Təyyarələrimizdən biri geri dönmə zamanı Riyeka Hava Limanına eniş edib, Türkiyə vaxtı ilə saat 18:25-də digər təyyarə ilə radio əlaqəsi kəsilib”, – deyə nazir bildirib.
Qeyd edək ki, nazirlik iki “AT802” yanğınsöndürmə təyyarəsinin texniki xidmət üçün Xorvatiyaya yola düşdüyünü açıqlamışdı.
#Türkiyə teqi istifadə olunub
- Türkiyə-Azərbaycan birliyinə qarşı olanlara ismarış - Baku TV
- Ərdoğandan qardaşlıq mesajı | Liderlər tarixi günün 6-cı ildönümündə Şuşada bir arada - Baku TV
- Ərdoğan Azərbaycan-Türkiyə əlaqələrini pozmaq istəyənlərə səsləndi - Baku TV
- “Bakının sevinci Ankaranın sevinci, Şuşanın qüruru bütün millətimizin qürurudur” | Ərdoğan Şuşada
- "Qardaşlığımızı sarsıtmaq istəyənlər arzularına heç vaxt çatmayacaqlar" | Prezident - Baku TV
