Üç çay iki mindən çox kəndi su altında qoyub
Yeniliklərdən dərhal xəbərdar olun
Pakistanda iyunun sonlarında yağan musson yağışlarından sonra sel və daşqınlar davam edir.
Pəncab vilayətində ailələr həyatlarını nizamlamağa çalışırlar. 2 mindən çox kəndi su basıb, 760 min insan və 516 min heyvan təhlükəsiz ərazilərə təxliyə olunub.
Pakistandakı sel 1988-ci ildən bəri qeydə alınan ən güclü təbii fəlakət olub. İqtisadiyyata ciddi ziyan dəyib, fəsadların artacağı gözlənilir.
Pəncabda 511 yardım düşərgəsi yaradılıb. 482 min insan problem aradan qaldırılanadək çadırlarda yaşamalı olacaq. Ev və fermaların bərpasına milyonlarla dollar pul lazım olacaq. Dəyən ziyanın məbləği dəqiqləşdirilir.
Qeyd edək ki, iyunun sonlarından davam edən daşqınlar nəticəsində Pakistanda 850-dən çox insan ölüb. Avqustun sonlarında fəlakətin daha ölümcül xarakter alması Çənab, Ravi və Satlec çaylarının daşması ilə izah olunur. Buna səbəb isə Hindistanın musson yağışlarından sonra dambada yığılan artıq suyu çaylara buraxmasıdır. Nəticədə 2 milyondan çox pakistanlı ziyan görüb.
#Pakistan teqi istifadə olunub
- Pakistanın Bakıdakı səfirliyində "Kəşmirin Qara Günü" ilə bağlı tədbir keçirilib - Baku TV
- Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının sazişi parlamentə təqdim ediləcək - Baku TV
- Pakistanda etirazlara qarşı sərt tədbirlər | İslamabad ətrafına onminlərlə qüvvə toplandı - Baku TV
- İmran Xan tərəfdarları etiraz aksiyalarına başlayıblar | Pakistanda nə baş verir? - Baku TV CANLI
- Hərbçilər etirazların baş verdiyi ərazilərdə təhlükəsizliyi qorumağa çalışacaq
