Üç ildir davam edən COVID-19 pandemiyası bitdi
Yeniliklərdən dərhal xəbərdar olun
Ümumdünya Səhiyyə Təşkilatı koronavirus üçün pandemiya statusuna yenidən baxıb.
Bununla bağlı təşkilatın Beynəlxalq Fövqəladə Səhiyyə Tənzimləmələri Komitəsinin 15-ci iclasında müzakirələr aparılıb.
Qeyd olunub ki, təşkilatın Baş katibi Tedros Adhanom Qebreyesus COVID-19-un beynəlxalq narahatlıq doğuran fövqəladə vəziyyət statusunun ləğv edilməsinə dair komitənin irəli sürdüyü təkliflə razılaşıb.
“Bir ildən çoxdur ki, pandemiya azalma trendi göstərib. Bu trend bir çox ölkələrə COVID-19-dan öncəki həyata qayıtmaq imkanı verib. Fövqəladə vəziyyət komitəsi 15-ci dəfə görüşüb və tövsiyə olunub ki, beynəlxalq narahatlıq doğuran ictimai səhiyyə fövqəladə vəziyyətinin bitdiyini elan edim. Mən bu tövsiyəni qəbul etmişəm”, – deyə Baş katib mətbuat konfransında deyib.
A.Qebreyesus həmçinin əlavə edib ki, bu, koronavirusun artıq qlobal təhlükə olmadığı anlamına gəlməməlidir, virus hələ də qalır, buna görə də bütün dövlətlər digər yoluxucu xəstəliklər kimi, bu xəstəliklə də mübarizə yollarını öyrənməlidir.
Qeyd edək ki, COVID-19 pandemiyası başlayandan dünyada 20 milyondan çox insan virusa yoluxaraq dünyasını dəyişib.
#COVID 19 teqi istifadə olunub
- COVID dövrünün sirri üzə çıxdı? - Qəbiristanlıqda qorxulu mənzərə - Baku TV CANLI
- Çin yenidən hədəfdə | ABŞ COVID-19 barədə sensasiyalı materiallar yayımladı - Baku TV CANLI
- Ağ Evdən COVID-19 virusu ilə bağlı yeni iddia
- Pandemiya əvvəlcədən planlaşdırılmışdı? - Maskdan COVID-19-la bağlı rezonans yaradan çıxış - Baku TV
- COVID-19-a qarşı olan vaksinlər insanlarda xəstəlik yaradır? | Peyvəndlər bədənimizə nə edir?
