Ukrayna ən böyük məqsədlərindən birinə çatacaq? - Orbandan diqqətçəkən mesaj
Yeniliklərdən dərhal xəbərdar olun
“Ukrayna hələ münaqişədən əvvəl müflis olmuşdu. 1990-cı illərdə ukraynalılar iqtisadiyyatı normal fəaliyyət göstərən dövlət qura bilmədilər”.
Bunu yerli telekanala müsahibəsində Macarıstanın Baş naziri Viktor Orban deyib.
O qeyd edib ki, Ukrayna NATO və Avropa İttifaqına üzv olmaq iqtidarında deyil, çünki bu ölkənin iqtisadi vəziyyəti qeyri-qənaətbəxşdir.
Viktor Orbanın fikrincə, Ukraynanın Avropa İttifaqına daxil olması cəmiyyət üçün böyük problemlərlə nəticələnəcək.
Baş nazir qeyd edib ki, Ukraynanın NATO-ya daxil olması qəbuledilməzdir. “Əgər o, NATO-ya daxil olarsa, Şimali Atlantika Alyansı ilə Rusiya arasında müharibə olacaq. İndi bu birləşmə mümkün deyil, geosiyasi reallıq belədir. Rusiya ilə birbaşa münaqişə bizim maraqlarımıza cavab vermir”, – deyə V.Orban vurğulayıb.
Baş nazir Aİ-nin Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalara da toxunub. “Sanksiyalar səbəbindən son üç ildə 20 milyard avro itirmişik. Bu, Macarıstan üçün çox ciddi məbləğdir”, – deyə o əlavə edib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
