Pleyeri seçin:

Ukrayna hücumları Rusiyanın yanacaq bazarını sarsıtdı - Baku TV

06 avqust 2026 300 baxış

Belarusdan Rusiyaya benzin və dizel yanacağının ixracı iyul ayında rekord səviyyəyə yüksəlib.

Bu barədə "Reuters" agentliyi mənbələrinə istinadən məlumat yayıb.

Hesablamalara əsasən, iyulun əvvəlində Rusiyada benzin istehsalı mövsümi orta istehlakın təxminən 65 faizi səviyyəsinə enib. Dizel istehsalı isə daxili tələbatı cəmi qarşılayacaq həddə düşüb.

Topdansatış və pərakəndə yanacaq qiymətlərinin artması fonunda Rusiya hökuməti dizel ixracına qadağa tətbiq edib. Qadağa əvvəllər bağlanmış müqavilələr və hökumətlərarası sazişlər çərçivəsində həyata keçirilən tədarüklərə şamil edilməyib.

Benzin və aviasiya yanacağının ixracına məhdudiyyətlər isə daha əvvəl qüvvəyə minib. Mənbələrin məlumatına görə, Belarusdan Rusiyaya dəmir yolu ilə benzin tədarükü iyul ayında iyunla müqayisədə 13 faiz artaraq 212 min tona çatıb.

Dizel yanacağının tədarükü isə iki dəfə artaraq 162 min ton olub. Eyni zamanda, aviasiya yanacağının ixracı iyundakı 16 min tondan iyulda 13,1 min tona enib.

Belarus Rusiyaya yanacağı ümumi illik emal gücü 24 milyon ton olan iki neft emalı zavodundan göndərir. Hər iki müəssisə Rusiya nefti emal edir.

Ümumilikdə, cari ilin ilk yeddi ayında Belarusdan Rusiyaya dəmir yolu ilə benzin ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 25 dəfə artaraq təxminən 665 min tona çatıb. Dizel tədarükü isə təxminən yeddi dəfə artaraq 418 min ton təşkil edib.

Qeyd olunur ki, Rusiya bu dövrdə Hindistan, Qazaxıstan və Mərakeşdən də benzin idxal etməyə başlayıb.

Banner
Qara dənizin neytral suları üzərində rekord müddət | Yeni savaş başlayır? - Baku TV CANLI

Qara dənizin neytral suları üzərində rekord müddət | Yeni savaş başlayır? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 300 baxış
Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı

Qabaqlayıcı tədbir, yoxsa müharibəyə təşviq? | İsrail kəşfiyyatından kimyəvi silah ittihamı

Dünya
04 noyabr 2026 300 baxış
Yaxınlaşan böyük təhlükə nədir?

Yaxınlaşan böyük təhlükə nədir?

Dünya
04 noyabr 2026 300 baxış
Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI

Amerika Birləşmiş Ştatları və İran arasında qarşıdurma ritorikası daha da sərtləşir - Baku TV CANLI

Dünya
04 noyabr 2026 300 baxış
Demokratların böyük qələbəsi: Trampın siyasi planları alt-üst olur? - AKTUAL GÜNDƏM

Demokratların böyük qələbəsi: Trampın siyasi planları alt-üst olur? - AKTUAL GÜNDƏM

Dünya
04 noyabr 2026 300 baxış
İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI

İrəvanın yeni planı Moskva ilə münasibətləri pozacaq? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 300 baxış
Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Qara dənizdə yeni müharibə həyəcanı? - NATO hərəkətə keçdi - Baku TV CANLI

Dünya
04 noyabr 2026 300 baxış
Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Tehran 4 ölkənin gəmilərinə boğazdan keçid üçün fərqli şərtlər müəyyənləşdirib

Dünya
04 noyabr 2026 300 baxış
Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Vətəndaşlara hansı böhran ssenarilərinə hazır olmaq deyilir? - Baku TV CANLI

Dünya
04 noyabr 2026 300 baxış
72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

72 saatlıq hazırlıq | Fövqəladə vəziyyətə hazırlıq çağırışının arxasında nə var? - Baku TV

Dünya
04 noyabr 2026 300 baxış
Seçilmişlər
icon