Pleyeri seçin:
Ukrayna kəşfiyyatı nələr aşkarlayıb? – Zelenskidən təcili açıqlama
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
"Rusiya Ukrayna cəmiyyətində parçalanma yaratmağa çalışır".
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
V.Zelenski "Bloomberg"ə verdiyi müsahibədə "Əlimizidə bununla bağlı kəşfiyyat məlumatları və tərəfdaşlarımızdan gələn məlumatlar var" sözlərini işlədib. Onun sözlərinə görə, Rusiyanın yeni dezinformasiya planının kod adı "Maydan 3"dür.
Qeyd edək ki, məhz "Maydan" hərəkatı rusiyayönlü eks-prezident Viktor Yanukoviçin devrilməsində həlledici rol oynayıb.
“Maydan” onlar üçün çevrilişdir, ona görə də əməliyyatın məqsədi aydındır", – V.Zelenski deyib.
Rusiya Prezidenti Vladimir Putinlə danışıqlardan imtina edən V.Zelenski Ukraynanın dondurulmuş münaqişə ilə razılaşmayacağını bildirib.
Kopyalandı
#Maydan 3 planı teqi istifadə olunub
