Ukrayna məhz həmin silahlarla… | Türkiyə-Rusiya arasında gərginlik yaranır?
Yeniliklərdən dərhal xəbərdar olun
“Ankara və Kiyev arasında hərbi-texniki əməkdaşlığın davam etdirilməsi Türkiyənin Ukrayna böhranının həllinə kömək etməyə hazır olduqları barədə bəyanatlarını nəzərə alsaq, çaşdırıcıdır”.
Bunu Türkiyənin “Hürriyət” qəzetinə açıqlamasında Rusiya xarici işlər naziri Sergey Lavrov deyib.
“Təəssüf ki, Ankara Kiyev rejimi ilə hərbi-texniki sahədə əməkdaşlığı davam etdirir. Türkiyə silahları Ukrayna qüvvələri tərəfindən Rusiya hərbçiləri və mülki şəxslərini öldürmək üçün istifadə olunur. Bu, Türkiyə rəhbərliyinin vasitəçilik xidmətləri göstərməyə hazır olması ilə bağlı bəyanatlarını nəzərə alsaq, çaşqınlıq yaradır”, – o bildirib.
S.Lavrov qeyd edib ki, Moskva Türkiyənin Ukrayna böhranının həllinə kömək etmək səylərini yüksək qiymətləndirir: “2022-ci ilin yazında Kiyev nümayəndələri ilə məsləhətləşmələr üçün İstanbul platformasını təmin edən və “taxıl müqaviləsi”nin bağlanmasına töhfə verən Türkiyə olub”.
#Türkiyə teqi istifadə olunub
- Netanyahudan sonra nə baş verəcək: İran və Türkiyə üçün yeni ssenari? - AKTUAL GÜNDƏM
- Ərdoğan regionda yeni münaqişə istəmədiklərini bildirib
- Türkiyə Prezidenti birliyi pozmaq istəyənlərə qarşı birgə mübarizə çağırışı edib
- Təzyiqlərə qarşı ortaq mövqe
- “Arzuları ürəklərində qalacaq!” | Rəşad Bayramov Bakı-Ankara əlaqələri barədə nə danışdı? - Baku TV
