Ukrayna nə vaxt NATO üzvü olacaq?
Yeniliklərdən dərhal xəbərdar olun
“Bu gün tərəfdaşlarımızdan Ukrayna üçün yeni hərbi yardım paketlərinin göndərilməsi ilə bağlı müsbət xəbərlər var. Mən tərəfdaşlarımıza təşəkkür edirəm”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski NATO-nun Vilnüsdə keçirilən sammiti çərçivəsində təşkilatın baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında deyib.
“Müharibənin davam etməsinə baxmayaraq, biz orduda, ölkədə islahatları davam etdiririk. NATO-ya nailiyyətlərimizi tanıdığına görə təşəkkür edirəm. Eyni zamanda təhlükəsizlik zəmanəti də bizim üçün çox vacibdir. Bu zəmanət G7 ölkələri tərəfindən verilə bilər. Biz bu istiqamətdə işləyəcəyik. Ümumilikdə sammitin nəticələri yaxşıdır, amma təşkilata üzv olacağımız gün ən yaxşı nəticə olacaq. Eyni zamanda biz onu da anlayırıq ki, torpaqlarımızda müharibə davam etdiyi müddətdə Ukrayna NATO-nun üzvü olmayacaq. Lakin verilən siqnallar bizim üçün önəmlidir. Təşkilatın üzvlüyünə dəvət məsələsi texniki siqnaldır. Namizədlik hərəkətlilik, canlanma gətirir və Rusiyaya güclü siqnal göndərir”, – deyə V.Zelenski qeyd edib.
Ukrayna Prezidenti ABŞ ilə kasetli bombalara dair müəyyən detallarda razılaşa bilmədiklərini də xatırladıb: “Konqresdə bu qərara qarşı çıxanlar vardı. Amma biz bu çətinliklərin öhdəsindən gəldik. Buna görə ABŞ hökumətinə təşəkkür edirəm”.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
