Ukrayna Ordusu Rusiyaya gücünü göstərdi | 4 kilometrdən ölümcül atəş - HƏRBİ XRONİKA
Yeniliklərdən dərhal xəbərdar olun
Baku TV-nin “Hərbi xronika” rubrikasının növbəti buraxılışında Ukrayna snayperinin süni intellekt və pilotsuz sistemlərin dəstəyi ilə 4000 metr məsafədən atəş açaraq rus hərbçilərini məhv etməsi və bununla da dünya rekorduna imza atması barədə məlumat verilib.
Bildirilib ki, Donetsk istiqamətində “Privid” qrupuna məxsus snayper 4000 metr məsafədən iki rus hərbçisini məhv edib. Atəş Ukrayna istehsalı olan 14,5×114 millimetr çaplı “Snipex Alligator” tüfəngindən açılıb. Güllə işğalçıların gizləndiyi pəncərədən keçərək hədəfi zərərsizləşdirib.
Qeyd olunub ki, bu dəqiqlik snayperin ballistik korreksiyalarının dronlardan əldə olunan məlumat əsasında süni intellekt dəstəyi ilə hesablanması nəticəsində mümkün olub.
“Snipex Alligator” tüfənginin effektiv məhvetmə diapazonu 2000 metr, maksimum uçuş məsafəsi isə 7000 metrdir.
Xatırladaq ki, bundan əvvəlki rekord 2023-cü ildə ukraynalı snayper Vyaçeslav Kovalski tərəfindən 3800 metr məsafədə qeydə alınmışdı.
Məlumata görə, “Privid” qrupu pilotsuz uçuş aparatları və analitik dəstək vasitələrindən istifadə etməklə uzunmənzilli snayper taktikalarını qrup halında tətbiq edir.
#Rusiya-Ukrayna müharibəsi teqi istifadə olunub
- Britaniya və Fransa qüvvələrinin mümkün hücumlara cavab verə biləcəyi bildirilir
- Rusiyanın dron arsenalı ilə bağlı narahatlıqlar müharibədən sonrakı dövrə də aiddir
- Almaniya Kansleri Rusiyaya atəşkəslə bağlı çağırış edib
- Rusiya ordusu mülki şəsləri hədəfə aldı: ölənlər var - Baku TV
- Ukrayna müharibəsində diplomatik həll axtarışları intensivləşir - Baku TV CANLI
