Ukrayna Ordusundan Rusiyaya hava hücumu: Ölən və yaralananlar var - Baku TV
Ukrayna Silahlı Qüvvələri Sevastopola hücum edib. Dron zərbələri nəticəsində bir nəfər həlak olub.
Vilayətin qubernatoru Mixail Razvojayevin sözlərinə görə, hücum zamanı həmin şəxs avtomobildə olub. Hadisə yerinə gələn təcili yardım briqadasının səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb. Bundan əlavə, daha 3 nəfər də yaralanıb.
Bu arada Rusiyanın dörd hava limanında təyyarələrin enişi və uçuşuna məhdudiyyətlər tətbiq edilib.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin məlumatına görə, söhbət Vnukovo, Nijni-Novqorod, Çerepovets və Yaroslavl hava limanlarından gedir.
“Rusiya qoşunları Kramatorsk istiqamətində hücumların sayını artırır”. Bunu isə Ukrayna Silahlı Qüvvələrinin 11-ci Ordu Korpusunun rəsmisi polkovnik-leytenant Dmitri Zaporojets deyib.
“Ruslar zirehli texnika və mototexnikadan istifadə etməklə Ukrayna mövqelərinə üç dəfə hücum etməyə cəhd ediblər. Onların bu cəhdləri dəf olunub, hərbçiləri isə məhv edilib”, – deyə o qeyd edib.
#Ukrayna Silahlı Qüvvələri teqi istifadə olunub
- Ukraynadan Rusiyanın hərbi hədəflərinə zərbələr
- Moskvanın narahatlığı artır | NATO generalları 8 ildən sonra Kiyevə niyə gedib? - Baku TV
- Ötən sutkada 245 döyüş toqquşması baş verib
- Ukrayna gecə hücuma keçdi | Rusiyaya ağır zərbə endirildi - Baku TV
- İki bomba ilə dəqiq zərbə | Dronların idarə olunduğu məntəqə darmadağın edildi - Baku TV
