Ukrayna Prezidenti seçkilərlə bağlı suallara aydınlıq gətirib
Yeniliklərdən dərhal xəbərdar olun
“Müharibə şəraitində olduğumuz üçün mənim prezident kimi səlahiyyət müddətim bitməyib”. Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.
Onun sözlərinə görə, ölkədə hərbi vəziyyət davam etdiyindən hələ də vəzifələrinin icrasını həyata keçirir.
Qeyd edək ki, ölkə konstitusiyasına görə, 2019-cu ildə seçilən prezidentin səlahiyyətləri 2024-cü il mayın 21-nə keçən gecə başa çatıb.
Bu arada, Birləşmiş Millətlər Təşkilatı Volodimir Zelenskini Ukrayna prezidenti hesab etməkdə davam edəcək, baxmayaraq ki, onun dövlət başçısı səlahiyyətləri rəsmi olaraq başa çatıb. Bunu BMT-nin baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrik deyib.
Bildirilir ki, 2023-cü ilin noyabrında Ukrayna Ali Radasının deputatları müharibə dövründə seçkilərin keçirilməsinin yolverilməzliyi haqqında bəyannamə imzalayıblar və qeyd olunub ki, sənəd ölkəni, milləti parçalamamaq üçün qəbul edilib.
#Ukrayna teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Zelenski mövcud vəziyyətdən narahatlığını ifadə edib
- Zelenskidən üçtərəfli görüşlə bağlı açıqlama
- Finlandiya baş nazirindən Ukraynaya qəfil səfər | İki ölkə arasında 7 saziş imzalanıb - Baku TV
