Ukrayna Prezidenti Volodimir Zelenskidən təklif
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib ki, əgər Yaxın Şərq liderləri Moskvanı atəşkəsə razı sala bilsələr, Kiyev region ölkələrinə İran istehsalı olan "Şahed" pilotsuz uçuş aparatlarının zərərsizləşdirilməsində kömək etməyə hazırdır.
Bu barədə o, "Bloomberg" agentliyinə müsahibəsində danışıb.
"Belə bir təklif edərdim. Yaxın Şərq liderlərinin ruslarla yaxşı münasibətləri var. Onlar Rusiyadan ən azı bir aylıq atəşkəs elan etməyi xahiş edə bilərlər", – deyə Zelenski bildirib.
Onun sözlərinə görə, atəşkəs qüvvəyə mindikdən sonra Ukrayna dronların zərərsizləşdirilməsi sistemləri üzrə ən təcrübəli operatorlarını Yaxın Şərq ölkələrinə göndərəcək.
Zelenski əlavə edib ki, atəşkəs müddəti bir ayla məhdudlaşmaya bilər.
"Bu, iki ay və ya hətta iki həftəlik də ola bilər ki, biz region ölkələrinə mülki əhalinin müdafiəsində yardım göstərə bilək. Biz eyni şəkildə İsrailə də kömək edə bilərik", – deyə Ukrayna lideri vurğulayıb.
#Volodimir Zelenski teqi istifadə olunub
- Ukrayna HHM sistemlərinin verilməsi yubanır
- Ukrayna, ABŞ və Rusiya noyabrda üçtərəfli danışıqlar keçirəcək? - Baku TV CANLI
- Tramp seçim qarşısında | İran ABŞ ilə razılaşma üçün hansı şərti irəli sürdü? - YENİ BİR SƏHƏR
- Ukraynada "Starlink" problemi həll olundu | Sürət əvvəlki səviyyəyə çatdı - Baku TV
- Trampın təzyiqi, Putinin şərtləri, Zelenski üçün ağır seçim - AKTUAL GÜNDƏM
