Ukrayna PUA-larının Rusiyadakı hədəfi hara idi? | Detallar açıqlandı
Yeniliklərdən dərhal xəbərdar olun
Ukrayna Rusiya ərazisinə pilotsuz uçuş aparatları ilə kütləvi hücum həyata keçirib.
Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Rusiya Hava Hücumundan Müdafiə Qüvvələri dekabrın 13-dən 14-nə keçən gecə Federasiya üzərində Ukrayna Silahlı Qüvvələrinə məxsus 65 PUA-nı məhv edib. Kursk vilayəti və Krasnodar diyarı ərazilərində hərəsində 12, Bryanskda 7, Oryolda 5, Belqorod vilayətində 28, Azov dənizi üzərində isə 1 PUA vurulub.
Qeyd olunub ki, Oryol vilayətində Ukrayna PUA-larının hədəfi yanacaq infrastrukturu olub. Hadisə nəticəsində yanğın baş verib, tələfatın olmadığı açıqlanıb.
Rusiyanın “Vostok” hərbi qruplaşmasının rəhbəri Oleq Çexov isə açıqlamasında bildirib ki, keçirdikləri əməliyyat nəticəsində Ukrayna Silahlı Qüvvələrinin 145 hərbçisi məhv edilib.
#Rusiya Müdafiə Nazirliyi teqi istifadə olunub
