Pleyeri seçin:

Ukrayna Rusiyanın Moskva ətrafındakı strateji neft bazasına növbəti zərbə endirdi - Baku TV

18 iyul 2026 203 baxış

Moskva ətrafındakı Noqinskdə yerləşən neft bazası iyulun 18-nə keçən gecə Ukraynanın pilotsuz uçuş aparatlarının zərbələrinə məruz qalıb.

“RBK-Ukrayna” xəbər verir ki, bu barədə açıq kəşfiyyat mənbələri məlumat yayıb.

Bildirilib ki, Noqinskdə ümumi həcmi 11,5 min kubmetr olan 24 rezervuarın yerləşdiyi üçüncü sinif neft bazası zərbəyə məruz qalıb. Eyni zamanda qeyd olunub ki, həmin ərazidə Noqinsk Yanacaq Aparatları Zavodu da yerləşir. Dağıntılar barədə məlumat dəqiqləşdirilir.

Həmçinin qeyd edilir ki, PUA zərbələri Moskva vilayətinin eyni vaxtda bir neçə rayonunda qeydə alınıb. Elektrostaldakı logistika anbarları da zərbəyə məruz qalıb. Orada “Wildberries” anbarlarının logistika tikililəri vurulub. Tver və Vladimirdə partlayışlar barədə məlumat daxil olub.

Moskva vilayətinin qubernatoru bildirib ki, PUA hücumları nəticəsində 26 nəfər yaralanıb.

“Elektrostalda “Wildberries” anbarının ərazisinə PUA-nın düşməsi nəticəsində 24 nəfər yaralanıb. Xəsarətalanların bir qisminin vəziyyəti ağırdır”, – deyə Rusiya mediası məlumat yayıb.

Andrey Vorobyovun sözlərinə görə, daha iki nəfər PUA-nın düşməsi səbəbindən neft bazasının ərazisində yanğın başlayan Noqinskdə yaralanıb.

Tambov vilayətinin qubernatorunun sözlərinə görə isə Ukrayna Ordusunun vilayətdəki “Wildberries” logistika mərkəzinə dron zərbəsi nəticəsində yeddi nəfər ölüb. İlkin məlumata əsasən, daha 24 nəfər yaralanıb.

Ukrayna Rusiyanın kölgə donanmasına aid daha 13 gəmini vurub. Ukrayna mediasının məlumatına görə, gəmilər Qara və Azov dənizlərində hədəfə alınıb.

Bildirilib ki, “MoLoChKa” əməliyyatı çərçivəsində 13 gün ərzində Rusiyanın kölgə donanmasına aid ümumilikdə 172 gəmi vurulub. Onlardan 118-i Azov dənizində, 54-ü isə Qara dənizdə hədəfə alınıb.

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Əyri çənə düzəldildikdən sonra Bəsiyanın qidalanma problemi də aradan qalxıb

Dünya
22 sentyabr 2026 203 baxış
Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Türkiyədə liseyə silahlı hücum: 1 şagird öldü, 4 nəfər yaralandı - Baku TV

Dünya
22 sentyabr 2026 203 baxış
ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

ABŞ-də dizelin bir qallonu tarixdə ilk dəfə 6,50 dollara yüksəlib - Baku TV

Dünya
22 sentyabr 2026 203 baxış
Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Avropa Kanadanı niyə öz tərəfinə çəkir? | Brüssel hüdudlarını Ottavaya çatdırır? - Baku TV

Dünya
22 sentyabr 2026 203 baxış
Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Ukraynada kabineti hədəf alınan azərbaycanlı Baku TV-yə danışdı - Baku TV

Dünya
22 sentyabr 2026 203 baxış
Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Ukrayna Ordusunun zərbələri Rusiya iqtisadiyyatını sıradan çıxarır? - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 203 baxış
İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

İrana qarşı iqtisadi təzyiq siyasətində aviasiya sektoru da hədəfə alındı - Baku TV CANLI

Dünya
21 sentyabr 2026 203 baxış
Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Ukrayna Ordusundan neft sənayesinə ağır zərbə

Dünya
21 sentyabr 2026 203 baxış
Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Zelenski sülh üçün yeni təkliflərdən danışdı

Dünya
21 sentyabr 2026 203 baxış
Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Vaşinqton Tehrana qarşı sanksiyaları sərtləşdirir

Dünya
21 sentyabr 2026 203 baxış
Seçilmişlər
icon